AZƏRBAYCANIN AKROBATİKA GİMNASTLARI DÜNYA ÇEMPİONATINDA FİNALA YÜKSƏLİBLƏR

Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında finala yüksəliblər.

Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü temp hərəkətlərində həlledici mərhələyə vəsiqə qazanıb.

Onların çıxışı hakimlər tərəfindən ümumilikdə 27.020 xalla qiymətləndirilib.

Qeyd edək ki, bu gün start götürən turnirə sentyabrın 22-də yekun vurulacaq.