MÜDAFİƏ NAZİRLİYİNDƏ BU XİDMƏT LƏĞV EDİLİB, ANAR EYVAZOV İDARƏ RƏİSİ TƏYİN OLUNUB

Müdafiə Nazirliyində Mətbuat xidməti ləğv edilib.

Bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Məlumat nazirlikdən təsdiq edilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin kommunikasiya resurslarının mərkəzləşdirilmiş qaydada və Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq tətbiqi məqsədilə xidmətin əvəzinə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılıb. İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov təyin edilib.

Qeyd edək ki, polkovnik Eyvazov bu təyinata kimi nazirliyin Mətbuat xidmətinin rəisi idi.