BİRİNCİ VİTSE-PREZİDENT: BÜTÜN MƏKTƏBLİLƏRƏ MÖHKƏM CANSAĞLIĞI, TÜKƏNMƏZ ENERJİ, ƏZMKARLIQ VƏ ƏLA QİYMƏTLƏR ARZULAYIRAM

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən ölkəmizin müxtəlif bölgələrində inşa və təmir olunan təhsil müəssisələri ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımı təqdim edirik: “Heydər Əliyev Fondunun ölkənin təhsil sisteminə növbəti töhfəsi. Fondun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində inşa və təmir edilən təhsil müəssisələrinin açılışları davam edir. Bütün məktəblilərə möhkəm cansağlığı, gümrahlıq, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram! 16.09.2024”.