MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASI KEÇİRİLİR

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.

İclasın gündəliyinə üç məsələ daxil edilib.

İclasda cari il sentyabrin 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılacaq, dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyənləşdirilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi, Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin ümumi yekunlarına dair Protokolun təsdiqi, seçkilərin yekunlarının yoxlanılması, təsdiq edilməsi üçün dairə seçki komissiyası protokolları və onlara əlavə olunan sənədlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələləri müzakirə olunacaq.