FAKTİKİ HAVA: BƏZİ DAĞLIQ VƏ DAĞƏTƏYİ RAYONLARDA LEYSAN YAĞIB

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 14-ü saat 11:00-a olan məlumatına əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Şahdağ və Gədəbəydə 3, Sədərək, Şahbuz, Oğuz, Şəki, Altıağac, Qusar, Qrız, Xaltan, Xınalıq, Sabirabad və Şəmkirdə 2 milimetrədək olub.

Öncədən verilən sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Daşkəsəndə saniyədə 20, Naftalan, Culfada 18, Şahbuzda 17, Şərur, Naxçıvanda 16 metrədək güclənib.

Göygöl, Daşkəsən, Şahdağ, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31°, Naxçıvan Muxtar Respublikasında 36°, Aran rayonlarında 35°, dağlıq rayonlarda 24°-dək isti qeydə alınıb.