BAKIDA FORMULA 2 YARIŞI ÜZRƏ SƏRBƏST YÜRÜŞ START GÖTÜRÜB

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib.

Yürüş 45 dəqiqə davam edəcək. Saat 13:30-dan 14:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək.

Saat 15:00-da Formula 2-də sıralama turu, 17:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.

Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.