ŞƏRQ KÜLƏYİ BAKIDA VƏ ABŞERON YARIMADASINDA 21 M/S-DƏK GÜCLƏNİB – FAKTİKİ HAVA

Bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Culfada 16 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR -da 37, Aran rayonlarında 37, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.