“Taliban” hərəkətı Əfqanıstanın Pəncşir əyalətini tamamilə ələ keçirib.
TASS”ın verdiyi məlumata görə, bu barədə özünün “Twitter” səhifəsində hərəkatın nümayəndəsi Zabiullah Mücahid yazıb.
Z.Mücahid bildirib: “Son mövqe, Pəncşir əyaləti tamamilə ələ keçirilib. Bəzi üsyançılar məğlub oldu, bəziləri isə qaçdı”.
“Taliban”ın nümayəndəsi qeyd edib ki, hərəkat əyalət sakinlərinə qarşı ayrı-seçkilik sərgiləmək niyyətində deyil.