Azərbaycan gimnastları Bolqarıstanda keçirilən “Plovdiv Cup Aerobics Open” beynəlxalq turnirində qızıl medal qazanıb.
Qarışıq cütlüklərin yarışında Vladimir Dolmatov və Mədinə Mustafayeva qalib gəliblər.
Bolqarıstan turnirini gimnastlarımız üçün sentyabrın 27-29-da İtaliyanın Pesaro şəhərində keçiriləcək dünya çempionatına hazırlıq mərhələsi kimi də dəyərləndirmək olar.