SERBİYA XİN RƏHBƏRİ: AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞI ARTIRMAQDA MARAQLIYIQ

Ötən gün baş tutan növbədənkənar parlament seçkilərinin demokratik və şəffaf şəkildə keçirildiyi üçün Azərbaycanı təbrik edirik.

Bu barədə Serbiya xarici işlər naziri Marko Curiç Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bu gün aparılan müzakirələr çox məhsuldar və faydalı oldu.

“İki ölkə arasında əməkdaşlıq il keçdikcə artır və biz bunu daha da artırmaqda maraqlıyıq. Serbiya COP29-da çox fəal rol oynayacaq. Biz Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərdə iştirak etmək istəyirik.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməyə davam edəcəyik. Bütün dünya ölkələri beynəlxalq hüququn əsas prinsiplərindən faydalana bilər. ”,- deyə o bildirib.