KAMÇATKADA HELİKOPTER QƏZASI İLƏ ƏLAQƏDAR MATƏM ELAN EDİLİB

Sentyabrın 3-də Kamçatka ərazisində Mi-8 helikopterinin qəzaya uğraması ilə əlaqədar matəm elan edilib.

Bu barədə regionun qubernatoru Vladimir Solodov teleqram kanalında bildirib.

Qeyd edək ki, avqustun 31-də radarlardan itən Mi-8 helikopterinin qalıqları sentyabrın 1-də Kamçatkanın Vaçkajets dağ silsiləsi ərazisində tapılıb. Qəza yerində 18 nəfərin cəsədi tapılıb, hazırda axtarış əməliyyatı davam edir.