PARLAMENT SEÇKİLƏRİNİ 112 MİN 749 YERLİ MÜŞAHİDƏÇİ İZLƏYƏCƏK

Parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 112 min 749 nəfər yerli müşahidəçi akkreditasiyadan keçib.

Bu barədə parlament seçkiləri ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, onlardan 65 minə yaxını 25 siyasi partiyanın müşahidəçiləridir.