AZƏRBAYCAN XİN-İ TÜRKİYƏYƏ BAŞSAĞLIĞI VERİB

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.
Başsağlığında deyilir:
“Qardaş Türkiyənin Təkirdağ vilayətində yük qatarı və mikroavtobusun toqquşması xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralılara şəfa arzu edirik.
Başın sağ olsun, qardaş Türkiyə!”