AZƏRBAYCANLA QAZAXISTAN ARASINDA HƏRBİ-TEXNİKİ VƏ HƏRBİ-TƏHSİL SAHƏLƏRİNDƏ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNACAQ

Avqustun 23-də müdafiə nazirinin birinci müavini və Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qazaxıstana səfərinə başlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirak etdiyi “Altın Kıran – 2024” (“Qızıl Qartal – 2024”) birgə taktiki-xüsusi təliminin taktiki epizodu izləniləcək. Bununla yanaşı, iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə ediləcək.