RUSİYADA GÜCLÜ ZƏLZƏLƏ BAŞ VERİB

Rusiyanın Kamçatka vilayətində 6,1 bal gücündə zəlzələ baş verib

Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

“Zəlzələ ocağı 39 km dərinlikdə, episentri Petropavlovsk-Kamçatskidən 120 km aralıda olub” – məlumatda deyilir.

Dağıntı və tələfat yoxdur.