XİN: AZƏRBAYCAN TERRORLA MÜBARİZƏ SAHƏSİNDƏ DAİMA ÖN SIRALARDADIR

Azərbaycan terrordan ciddi şəkildə əziyyət çəkən bir ölkə olaraq milli və beynəlxalq səviyyədə terrorla mübarizə sahəsində daima ön sıralardadır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Terrorizm Qurbanlarını Beynəlxalq Anma Günü ilə bağlı “X” sosial şəbəkə hesabında yazılıb.

“Biz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə rədd edirik və bu ciddi təhlükəyə qarşı güclü beynəlxalq fəaliyyətin tərəfdarıyıq”, – paylaşımda qeyd olunub.