HƏRBİ QULLUQÇULARIMIZ “ALTIN KIRAN – 2024” TƏLİMİNDƏ İŞTİRAK EDİR

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının Almatı vilayətinin Jarkent şəhərində yerləşən “Koktal” təlim poliqonunda “Altın Kıran – 2024” (“Qızıl Qartal – 2024”) birgə taktiki-xüsusi təlimi keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimdə iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Qazaxıstana səfər edib.
“Altın Kıran – 2024” birgə taktiki-xüsusi təlimi avqustun 24-dək davam edəcək.