YAPONİYA SAHİLLƏRİNDƏ 5,0 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Yaponiyanın Honşu adası sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Mito şəhərindən 40 km şimalda yerləşib. Yeraltı təkanların ocağı 35 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.