DSX-NİN HƏRBİ QULLUQÇULARINA “GENERAL-MAYOR” ALİ HƏRBİ RÜTBƏSİ VERİLİB – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik Bəhmən Rza oğlu Babayevə

polkovnik Əyyub Vəli oğlu Məmmədova

polkovnik Nəsib Tahir oğlu Mirzəyevə.