PREZİDENT İLHAM ƏLİYEV MİLLİ BAYRAM MÜNASİBƏTİLƏ EKVADOR LİDERİNİ TƏBRİK EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ekvador Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Daniel Noboa Azinə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ekvador Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Ekvador arasında münasibətlər daha da genişlənəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm”.