Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1508 nəfər müraciət edib, 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Ölkədə fəaliyyət göstərən 26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edəcək.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media subyektlərinin nümayəndələri üçün keçirilən müşavirədə söyləyib.
“Deputatlığa namizədliyini irəli sürənlərdən 1420-si imza vərəqəsi alıb, 1197 nəfər isə imza vərəqələrini qaytarıb, 1030 nəfərdən çox şəxsin deputatlığa namizədliyi qeydə alınıb”, – deyə MSK sədri vurğulayıb.