TKTA TƏRƏFİNDƏN DAHA 6 YENİ PEŞƏ ÜZRƏ QİYMƏTLƏNDİRMƏ ÜÇÜN TEXNİKİ BAZA FORMALAŞDIRILIB

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən cari il ərzində daha 6 yeni peşə ixtisası üzrə bilik, bacarıq, təcrübə və səriştənin qiymətləndirilməsi üçün texniki baza formalaşdırılıb.

Bu barədə agentlikdən məlumat verilib. Bildirilib ki, qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması həyata keçirilən kvalifikasiyaların sayı 20-dən 26-ya çatdırılıb.