ƏHMƏD RƏCƏBLİ KÜÇƏSİNDƏ NƏQLİYYATIN HƏRƏKƏTİ TAM MƏHDUDLAŞDIRILACAQ

Avqustun 6-sı saat 00:00-dan avqustun 9-u saat 09:00-dək Bakı şəhərinin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (C.Xəndan küçəsindən Z. Bünyadov prospektinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.