RƏSƏDXANA KOSMİK HAVA PROQNOZUNU AÇIQLAYIB

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan bildirilib ki, Günəşin fəallığı artıb. Günəşin səthində ləkələrin sayı qismən artıb. Həftə ərzində bir neçə Yerə istiqamətlənmiş komponentə malik tac kütlə atılması (TKA) qeydə alınıb.

Hazırda Günəş küləyinin sürəti saniyədə 469 kilometr, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 15.5 nT, radial istiqamətdə isə 10.4 nT təşkil edir.

Proqnoz günlərində (5–11 avqust) C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 25 faizdir.

Geomaqnit sahəsinin TKA-ın təsiri ilə bu gün G1(zəif) səviyyəli geomaqnit qasırğası, 6-7 avqustda isə qeyri-stabil olacağı gözlənilir.