
ABŞ-ın Kaliforniya ştatında “Firefly Aerospace” şirkətinin “Alpha” raketi kosmodromdan buraxılandan qısa müddət sonra partlayıb.
Buraxılış Kaliforniyadakı ” Vandenberq” Hərbi Hava Qüvvələrinin bazasında keçirilib.
Bu, gələcəkdə kiçik peykləri fəzaya daşımalı olan “Alpha”nın ilk sınaq uçuşu idi.
Şirkət qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayacağını bildirib.