Azərbaycanın daha bir idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Çəkicatma üzrə yarışda Anna Skidan təsnifat mərhələsində çıxış edib. Atletimiz 72,55 metr nəticə ilə A qrupunda 3-ü, ümumi sıralamada isə 6-cı yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb.
Final mərhələsi avqustun 6-da olacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.