XƏZƏR DƏNİZİNİN NOVXANI SAHİLİNDƏN 1 TONDAN ARTIQ TULLANTI YIĞILIB

“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti aksiya avqustun 3-də Xəzər dənizinin Novxanı sahilində keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının, Binəqədi Rayon İcra Hakimiyyətinin, rayon bələdiyyəsinin nümayəndələrinin, “Təmiz Şəhər” ASC-nin, “AzərGold” QSC-nin, “NARGİS” jurnalının, “Araz” supermarketlər şəbəkəsinin, “ASAN” könüllülərin və ekokönüllülərin iştirak etdiyi aksiyada 1 tondan artıq tullantı yığılaraq daşınıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təmizlik aksiyalarının keçirilməsində məqsəd insanları ətraf mühitə daha həssas və məsuliyyətli davranmağa təşviq etmək, tullantıların azaldılması və düzgün idarə olunmasına nail olmaqdır.