BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA ZELİM KOTSOYEVİN OLİMPİYA ÇEMPİONU OLMASI İLƏ BAĞLI PAYLAŞIM EDİB

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Zelim Kotsoyevin Olimpiya çempionu olması ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Cüdoçu Zelim Kotsoyev Paris Yay Olimpiya Oyunlarında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! İdmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”.