HAKAN FİDAN: AZƏRBAYCAN İLƏ ERMƏNİSTAN ARASINDA DANIŞIQLAR MÜSBƏT NƏTİCƏLƏNƏCƏYİ TƏQDİRDƏ, İRƏVANLA SƏRHƏDİMİZİ AÇA BİLƏRİK

Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi davam edir. Bunun müsbət nəticələnməsi üçün ssenarimizi hazırlamalıyıq. Hazırkı fəaliyyətlər də bu istiqamətdədir.

Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli mətbuata açıqlamasında deyib.

“Danışıqların tamamlanacağı təqdirdə, müsbət ssenarini həyata keçirəcəyik. Yəni, Ermənistan ilə sərhəd qapımızı aça bilərik”, – deyə Hakan Fidan bildirib.