Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 1-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 122 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 15 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.