ABŞ-ın Azərbaycandakı səfirliyi 4 Azərbaycan hərbçisinin ölümü ilə bağlı başsağlığı verib.
Bu barədə ABŞ səfirliyinin “X” hesabında paylaşım edilib.
“ABŞ səfirliyi xidmətdən kənar saatlarda həyatlarını faciəvi səkildə itirən 4 Azərbaycan hərbçisinin ölümü xəbərindən kədərlənir, onların yaxınlarına, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir”, – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, İyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitləri aşkar edilib.