ŞƏRQİ ZƏNGƏZURLA BAĞLI MƏLUMATLAR COĞRAFİ İNFORMASİYA SİSTEMİNƏ DAXİL EDİLƏCƏK

Prezident İlham Əliyev “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sənədə əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunun ərazisinə dair geoloji məlumatlar Coğrafi İnformasiya Sisteminə daxil ediləcək.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.