MUXTAR BABAYEV BEYNƏLXALQ MİQRASİYA TƏŞKİLATININ AZƏRBAYCANDAKI MİSSİYASININ RƏHBƏRİ İLƏ GÖRÜŞÜB

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı missiyasının rəhbəri Troy Duli ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.