Media Təhlil Mərkəzi (MTM) həftə ərzində Azərbaycan mediasında dərc edilən materialların monitorinqini aparıb. 22-27 iyul tarixlərində aparılan monitorinq nəticəsində media subyektlərinin daha çox diqqət yetirdiyi 3 mövzu müəyyənləşib.
İlk üçlükdə aşağıdakı mövzular yer alıb:
Prezident İlham Əliyevin Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olması, hazır olduqdan sonra parkın necə görünəcəyi, ziyarətçilərə nələrin təqdim olunacağı;
Londonun ICE birjasında “Brent”, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin dəyişən qiymətləri;
Azərbaycan iqlim maliyyəsi üzrə hədəfin qəbul olunması üçün G20 dövlətlərinin maliyyə nazirlərinə çağırış etməsi ilə bağlı xəbərlər mətbuatda geniş işıqlandırılıb.