Əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin gecə Böyük Qafqazın bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntının miqdarı Zaqatalada (Əlibəy) 9, Şəkidə 4 millimetr olub.
Əvvəlcədən verilən “sarı” xəbərdarlığa uyğun olaraq iyulun 24-ü səhər şimal-qərb küləyi arabir saniyədə Goranboyda 19, Naftalanda 18 metrədək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan Muxtar Respublikasında 37, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti olub.