MƏZAHİR PƏNAHOV: PARLAMENT SEÇKİLƏRİNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN 806 NƏFƏR MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINA MÜRACİƏT EDİB

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 806 nəfər Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın iyulun 19-da keçirilən iclasında deyib.

MSK sədri qeyd edib ki, onlardan 451 nəfəri imza vərəqələrini alıb, 31 nəfər imza vərəqələrini geri qaytarıb.

“Dörd nəfər namizəd isə artıq qeydə alınıb”, – deyə M.Pənahov əlavə edib.