ƏHMƏD RƏCƏBLİ KÜÇƏSİNİN BİR HİSSƏSİ TƏMİR OLUNUR

Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsində (Akademik Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski prospektinədək) yolların təmirinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, təmir işləri çərçivəsində hazırda ərazidə frezlənmə və yararsız səki daşlarının yenilənməsi işləri yerinə yetirilir. Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənəcək.

Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.