ƏDLİYYƏ NAZİRLİYİNƏ YENİ SƏLAHİYYƏT VERİLİB

“Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”na dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra qeyri-hökumət təşkilatları, o cümlədən, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və yaxud nümayəndəlikləri qrant və ianələr, həmçinin, onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatını hər il aprelin 1-dən gec olmayaraq Ədliyyə Nazirliyinə də təqdim edəcək.

İndiyə qədər bu hesabatlar yalnız Maliyyə Nazirliyinə təqdim edilirdi.