FAKTİKİ HAVA: BƏZİ DAĞLIQ RAYONLARDA ŞİMŞƏK ÇAXIB, ARABİR YAĞIŞ YAĞIB

İyulun 18-i saat 9:00-a olan məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Şəmkirdə 6, Gədəbəydə 4, Göygöl, Zaqatala, Şəki, Balakən, Gəncə və Tərtərdə 2 millimetrədək olub.

İyulun 17-də sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Culfada 19 metr/saniyəyədək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36°, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 38°, dağlıq rayonlarda isə 27°-dək isti olub.