ŞUŞADA “İSLAM DÜNYASINDA QADINLAR: ƏNƏNƏLƏR VƏ ÇAĞIRIŞLAR” MÖVZUSUNDA KONFRANS İŞƏ BAŞLAYIB

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa şəhərində “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfrans keçirilir.

Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı “Tədbirlər Planı” çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, VI çağırış Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Mərakeş Krallığının həmrəylik, sosial inteqrasiya və ailə naziri xanım Aavatif Hayar, ictimaiyyət nümayəndələri, media təmsilçiləri və müxtəlif dövlət qurumlarının əməkdaşları iştirak edirlər.

Konfrans çərçivəsində keçiriləcək “İslam dünyasında qadın: ənənələr və çağırışlar” mövzusunda panel iclasda Qarabağın bərpasında və dayanıqlı inkişafında qadınların rolu, qloballaşan dünyada ümumislam kontekstində qadın hüquqlarının müdafiəsi, insan və ətraf mühit münasibətlərinə islami baxış və digər istiqamətlərdə müzakirələr aparılacaq.