Ermənistanın baş naziri Nikol Paşinyan “Avropa siyasi birliyi”nin Londonda keçiriləcək sammitində iştirak etmək üçün yola düşüb.
“Sputnik-Armeniya” saytı xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, iyulun 17-dən 20-dək Paşinyan Britaniya paytaxtında işgüzar səfərdə olacaq. Dördüncü sammit çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.