MOLLA PƏNAH VAQİF YARADICILIĞI ABŞ ƏDƏBİYYAT PORTALINDA

Amerika Birləşmiş Ştatlarının “Poetry.com” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin ingilis dilinə tərcümə edilmiş “Bənəfşə” şeirinin yayımına başlayıb.

Tərcümə Mərkəzindən bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirin ingilis dilinə tərcümə müəllifi tanınmış ingilis tərcüməçisi və filoloqu Tom Bottinqdir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Edqar Allan Po, Fridrix Şiller, Emili Dikinson, Ceyn Ostin, Pablo Neruda kimi dünyaşöhrətli şair və yazıçıların yaradıcılığına yer ayırır.