AZƏRBAYCANIN ADINDAN BORC ALINMASI VƏ ZƏMANƏT VERİLMƏSİ QAYDASI DƏYİŞİB

Prezident İlham Əliyev “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı imzalanan fərmana əsasən, bu qaydanın müddəaları dövlət başçısının 19 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6.1-1-ci və 6.1-2-ci bəndlərinə uyğun olaraq sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin olunmasına şamil edilmir.