Azərbaycan idmançıları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” turnirində daha iki medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığmanın heyətində Ömər Qasımlı qızıl, Əli Niftəliyev isə gümüş mükafata sahib çıxıblar.
Onların hər biri batut gimnastikası üzrə hərəkətlərin icrasında buna nail olublar.