AZƏRBAYCAN-QIRĞIZ İNKİŞAF FONDUNUN YARADILMASI HAQQINDA SAZİŞƏ DƏYİŞİKLİK EDİLİB

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Qanuna əsasən, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş” təsdiq edilib.