MİLLİ HİDROMETEOROLOGİYA XİDMƏTİNDƏN KÜLƏKLİ HAVA ŞƏRAİTİ İLƏ BAĞLI SARI VƏ NARINCI XƏBƏRDARLIQ

İyulun 13-15-də bölgələrdə gözlənilən fasilələrlə küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.

Xidmətdən bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Babək, Şahbuz, Kəngərli, Samux, Şəmkir, Ağstafa, Tovuz, Daşkəsən, Göygöl, Zaqatala, Qax, Şəki, Balakən, Zərdab, İmişli, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Yevlax, Bərdə, Tərtər, Ağdam, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Qobustan, Cəlilabad, Lerik, Yardımlıda şərq küləyi əsəcək və küləyin sürəti saniyədə 13.9 metrdən 20.7 metrə çatacaq.

Narıncı xəbərdarlığa əsasən isə Ordubad, Culfa, Goranboy, Gəncə, Mingəçevir rayonlarında şərq küləyinin əsəcəyi və küləyin sürətinin saniyədə 20.8-28.4 metr olacağı gözlənilir.