VAŞİNQTONDA AZƏRBAYCANIN VƏ ERMƏNİSTANIN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLİR

Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü keçirilir.

Görüş Vaşinqtonda keçirilən NATO Sammiti çərçivəsində baş tutur.