YENİ KALEDONİYADA ETİRAZLARA GÖRƏ HƏLAK OLANLARIN SAYI ARTIB

Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada etirazlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Məlumata görə, çərşənbə günü Yeni Kaledoniyanın cənubunda hüquq-mühafizə orqanlarının nümayəndələri bir nəfəri öldürüblər. Bununla da təxminən iki ay əvvəl arxipelaqda başlayan etirazlar zamanı ölənlərin sayı 10 nəfərə çatıb.

Qeyd edək ki, bu ilin may ayından Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının etirazları alovlanıb. Fövqəladə vəziyyət 13 maydan 27 maya qədər davam edib.