KƏLBƏCƏR RAYONUNDA BƏRPA, TİKİNTİ VƏ İDARƏETMƏ XİDMƏTİNİN MÜŞAHİDƏ ŞURASININ TƏRKİBİ TƏSDİQLƏNİB – SƏRƏNCAM

“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiqlənib:

Müşahidə Şurasının sədri

Bəşir Hacıyev – Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Müşahidə Şurasının üzvləri:

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.