LAÇIN RAYONUNDA BƏRPA, TİKİNTİ VƏ İDARƏETMƏ XİDMƏTİNİN FƏALİYYƏT İSTİQAMƏTİ MÜƏYYƏNLƏŞİB – FƏRMAN

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Laçın rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxs olacaq.

Bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsinə edilən dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl Xidmətin fəaliyyət sahəsi Kəlbəcər rayonunu da əhatə edirdi.